Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Türkiyəyə səfərə gedib

  • 18:11 - 18 Noyabr

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması rəhbərliyinin Türkiyəyə səfəri başlayıb.

Bunu icmanın sədri Tural Gəncəliyev bildirib.

O qeyd edib ki, uğurlu və məhsuldar Los-Anceles səfərindən sonra Qarabağ icması üzvləri artıq Ankaradadır: “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevlə birlik Türkiyənin ən tanınmış düşüncə mərkəzində ilk görüşümüzü keçirdik. Maraqlı görüş və tədbirlər irəlidədir. Qarabağ həqiqətlərini yaymaqda davam edəcəyik”. 


Oxunma sayı: 3301

Oxşar yazılar