İranda benzin üsyanı böyüyür : Ölənlər və yaralananlar var

  • 17:41 - 18 Noyabr

İran hökumətinin ABŞ sanksiyaları üzündən çətin günlər yaşayan aztəminatlı ailələrə yardım göstərmək üçün benzin qiymətlərini qaldırması İran miqyasında çoxsaylı etirazlara səbəb olub.

Avropa.info xəbər verir ki, paytaxt Tehranda keçirilən etiraz aksiyalarında biri polis olmaqla 2 nəfər ölüb, 1000-dən çox polis yaralanıb. Hadisələr əsnasında bir benzindoldurma məntəqəsi və bir neçə avtomobil yandırılıb.

Dövlət mətbuatı etirazçılar arasında maskalı və silahlı provokatorlar olduğunu iddia edir. İranda internet rabitəsi 24 saat ərzində dayandırılıb.

Ölkənin dini lideri  Əli Xameneyi dövlət televiziyasında etdiyi çıxışda hökumətin benzinin qiymətinin artırılması qərarını dəstəkləyib, etirazçıları qınayıb. Xameneyi “Mükiyyətə od vermək normal insanların deyil, xuliqanların işidir” deyib.

Parlamentin sədri Əli Laricani “ABŞ və əks-inqilabi kuklalarının” İranda gərginlik yaratmalarına fürsət verməyəcəklərini qeyd edib.

“Hökumətin bütün qollarının qiymətlərin tənzimlənməsi başda olmaqla xalqın problemlərinin həlli üçün işləməsi lazımdır” – Laricani belə deyib.

Prezident Həsən Ruhani isə benzinin qiymətinin artırılması ilə bağlı etdiyi çıxışda benzinin böyük hissəsinin qeyri-qanuni yollarla xaricə satıldığını deyib:

“Benzinin ucuz olmasından əsl qazananalar qaçaqmalçılardır. Benzinin real qiyməti 6 min tüməndir. Biz isə 1500 tümənə satırıq”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10 gün əvvəl etdiyi çıxışda İraqdakı etirazların İrana sıçraya biləcəyi ilə bağlı İrana xəbərdarlıq etmişdi:

“İraqdakı bu etirazların arxasında kimlər dayanır. Biz kimlər tərəfindən edilə biləcəyi və ya edildiyinə dair təxminlər edirik. Təbii bunun İrana sirayət etməsi ilə bağlı halları da təxmin edirik. Çünki dərdləri bölmək, parçalamaq, bir-biri ilə düşmən etməkdir”. 


Oxunma sayı: 9021

Oxşar yazılar