
Bakı sakini 3 qadının pulunu oğurladı
- 18 Noy - 2019
Bakıda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini olan 3 qadına məxsus çantalardan pul və sənədlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Bünyadov saxlanılıb.