Türkiyə-Rusiya patrul xidmətinə hücum - YPG/PKK terrorçuları əsgərləri diri-diri yandırmaq istədilər

  • 18 Noy - 2019

Suriyada Ayn əl Ərəb (Kobani) xəttində patrul xidməti aparan türk və rus heyətinə YPG/PKK üzvü terrorçular tərəfindən hücum  olub.

Avropa.info xəbər verir ki, terrorçular türk-rus heyətinin avtomobillərinə “Molotov kokteylləri” atıblar. Avtomobillərdən birini alışdırıb, içindəki əsgərləri yandırmağa çalışıblar.

Həm türk, həm də rus avtomobili hücuma məruz qalıb. Hərbçilər yanan maşınların içində sağ-salamat çıxıb. Xəsarət alan olmayıb.


Oxunma sayı: 9527

Oxşar yazılar