İngiltərə ordusu İraq və Əfqanıstanda törədilən hərbi cinayətləri ört-basdır edib – “The Times”

  • 18 Noy - 2019

İngiltərə mətbuatının yazdığına görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi ingilis ordusunun İraq və Əfqanıstanda törətdiyi hərbi cinayətləri ört-basdır edib.

Avropa.info xəbər verir ki, “The Times” qəzetində rəsmi hesabata istinadən dərc olunan məqalədə ingilis əsgərlərinin uşaqların da qurbanı olduğu cinayətləri ilə işgəncə praktikaları komandirlər tərəfindən ört-basdır edilib. Qəzet hərbi polis müfəttişlərini, hadisələrlə əlaqəsi olan yüksəkvəzifəli komandirləri ittiham edib. 

Adı açıqlanmayan komandirlərə yönəldilən ittihamlar arasında sənədlərin saxtalaşdırılması da var. Müfəttişlərin hesabatında cinayətlərə dair sübutların siyasi səbəblərlə gizlədildiyi bildirilir.

Hesabatda yer alan hadisələr arasında 2012-ci ildə Əfqanıstanda evlərində çay içən 3 uşaq ilə bir gəncin bir ingilis əsgəri tərəfindən öldürülməsi və İraqın Bəsrə şəhərində 2003-cü ildə işgəncədən geniş istifadə olunan bir düşərgədə 2 şəxsin ölümü də göstərilir.

Hesabatda iraqlı polisin 2003-cü ildə ingilis hərbçisi tərəfindən öldürülməsinə dair işin istintaqında başqa əsgər adına şahid ifadəsinin uydurulması və cinayət işinin bağlanması da yer alıb.

İngiltərə Müdafiə Nazirliyi bəyanat yayaraq qəzetin iddialarını təkzib edib:

“İstintaqla bağlı qərar verən prokurorlar bunu nazirliyimizdən müstəqil şəkildə etmişdir”.


Oxunma sayı: 2344

Oxşar yazılar