“ENACTUS BEU” komandasının fəaliyyəti müzakirə olunub

  • 15:39 - 18 Noyabr

Bakı Mühəndislik Universitetində (BMU) beynəlxalq proqram çərçivəsində qurulmuş “ENACTUS BEU” komandasının fəaliyyəti müzakirə olunub.

BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov iştirakçılara komandanın universitetdə təşkili və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov belə beynəlxalq proqramların tələbə və müəllimlər üçün əhəmiyyətindən danışıb, bu işdə universitet rəhbərliyinin dəstəyini xüsusi vurğulayıb. Prorektor yeni qurulmuş komandanın işinə uğurlar arzulayıb, “ENACTUS BEU” komandasının yeni seçilmiş kapitanı, İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisasının II kurs tələbəsi Nicat Nəbiyevi tədbir iştirakçılarına təqdim edib. 

Universitetin İqtisadiyyat və idaəretmə fakültəsinin dekanı, dosent Mayis Əzizov klubun gələcək fəaliyyəti ilə bağlı tövsiyələrini verib.

Təqdimatla çıxış edən “ENACTUS Azərbaycan” təşkilatının proqram direktoru Əziz Fələkzadə tələbə komandalarının formalaşmasında vacib məqamları, komanda arasında vəzifə bölgüsünün əhəmiyyətini qeyd edib. O, komanda formasında hazırlanacaq layihələr və müxtəlif nümunələr, həmçinin, hər il təşkil olunan ENACTUS-un Milli yarışından və Dünya Kubokundan söz açıb. Ə.Fələkzadə 2020-ci ilin may ayında keçiriləcək Milli yarışda 1-ci yerin qalibi olacaq ENACTUS komandasının Dünya Kuboku üçün Niderlanda gedib öz layihələrini və ölkəsini orda təmsil etmək şansının olduğunu bildirib. O, universitet rəhbərliyinə BMU-da təşkil olunmuş komandanın fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür edib, tələbələrin və müəllimlərin aktiv fəaliyyətini yüksək qiymətləndirib. 

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, BMU-nun “ENACTUS BEU” komandasının fəaliyyəti haqqında məlumatlarla bu linkdən daha ətraflı tanış olmaq mümkündür: https://www.facebook.com/enactus.beu.edu.az

ENACTUS sahibkarlıq fəaliyyətinin gücü ilə dünyada inkişafa nail olmaq üçün tələbələri, akademik və biznes liderləri bir araya gətirən beynəlxalq təşkilatdır. Təşkilat ilk dəfə 1975-ci ildə ABŞ-da Robert Davis tərəfindən SIFE (Student in Free Enterprise) adı ilə təsis olunub və bu gün 37 ölkədə rebrendiqdən sonra ENACTUS adı ilə fəaliyyət göstərir. 

ENACTUS təşkilatı Azərbaycanda nümayəndəliyi göstərir. BMU-nun “ENACTUS BEU” komandası ENACTUS Azərbaycan təşkilatının üzvüdür. 

Avropa.info


Oxunma sayı: 6029

Oxşar yazılar