Evdən külli miqdarda pul oğurlayan keçmiş məhkumlar tutuldu

  • 15:22 - 18 Noyabr

Abşeronda ev qarət edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də rayon ərazisindəki evlərin birindən 53.500 manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – B.Aslanov və Q.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 4577

Oxşar yazılar