Bakıda 54 yaşlı neftçi dənizdə batıb

  • 15:14 - 18 Noyabr

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun batması barədə məlumat daxil olub.

FHN-dən Avropa.info-ya bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Dənizdə batan şəxsin neftçi olduğu bildirilir.

Əlavə məlumat veriləcək.


Oxunma sayı: 8922

Oxşar yazılar