Bir ailənin dörd üzvü yol qəzasında öldü

  • 14:46 - 18 Noyabr

Noyabrın 17-də saat 11 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri - H.Hümbətov və V.Dadaşovun idarə etdikləri “VAZ-2105” və “BMW” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, nəticədə H.Hümbətov və sərnişinlərindən qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 12596

Oxşar yazılar