Azərbaycanda vəkil qəfildən öldü – Foto

  • 14:31 - 18 Noyabr

Azərbaycanda vəkil vəfat edib.

Bu barədə "Report"a 20 saylı Vəkil Bürosunun sədri İlhamə Həsənova məlumat verib.

İ.Həsənova qeyd edib ki, Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili İsmayıl Əhməd 59 yaşında ürək tutmasından dünyasını dəyişib.

O, uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, İ.Əhməd 12 il vəkillik fəaliyyəti ilə məşğul olub.



 


Oxunma sayı: 3708

Oxşar yazılar