Bakıda iki yük maşını toqquşdu: ölən var

  • 18 Noy - 2019

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, noyabrın 16-da saat 1 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakinləri X.Məmmədovun idarə etdiyi “QAZel” və S.İslamovun idarə etdiyi “Hovo” markalı yük avtomobilləri toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş X.Məmmədovun sərnişini olan oğlu Namiq orada ölüb

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 441

Oxşar yazılar