Mosul və Bəsrə konsulluqları yenidən açılacaq – Mövlud Çavuşoğlu

  • 13:20 - 18 Noyabr

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu gündəmdəki proseslərlə bağlı vacib açıqlamalar verib.

Avropa.info xəbər verir ki, Türkiyə XİN başçısı “Barış Pınarı” əməliyyatı başlayandan bu yana didərgin salınmış şəxslərin 50%-dən çoxunun geri qayıtdığını açıqlayıb.

“PYD/YPG-nin “ komandiri” PKK-çı terrorçu Fərhad Abdi Şahinin ABŞ və Almaniyaya səfər etməsinə dair yayılan xəbərlərlə bağlı adı çəkilən şəxsin həbs olunaraq ölkəmizə ekstradisiya olunması tələbini bu ölkələrə çatdırdıq.

İraqın bütün təbəqələrinə çatma hədəfimiz istiqamətində Mosul və Bəsrədəki baş konsulluqlarımız yenidən fəaliyyətə başlayacaq”.

Çavuşoğlu İranda son günlər baş verən etirazlarla bağlı “Son günlərdə İranda baş verən hadisələrin bir an əvvəl bitməsini və İranda stabilliyin bərpa olunmasını diləyirik” deyib.


Oxunma sayı: 4115

Oxşar yazılar