İlham Əliyev və Ərdoğan TANAP-ı işə salacaqlar – Azərbaycan qazı Avropaya çatdı

  • 12:26 - 18 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsinin başa çatması ilə əlaqədar təşkil olunacaq rəsmi mərasimdə iştirak edəcək.

Avropa.info xəbər verir ki, bunu Türkiyə enerji və təbii ehtiyatlar naziri Fateh Dönməz deyib.

Nazir 30 noyabrda TANAP qaz kəməri layihəsinin açılışını düşündüklərini, ilin sonunadək isə “Türk axını 1” və “Türk axını 2” layihələri ilə bağlı işin başa çatacağını bildirib.

Avropa.info xəbər verir ki, TANAP layihəsinin acıqlısı ilə bağlı bu sözləri deyib:

“TANAP çox önəmli layihələrimizdən biridir. 30 noyabrda açılışını düşünürük. Həm Azərbaycan prezidenti, həm də cənab prezidentimizin ev sahibliyi etdiyi açılış mərasimi düşünürük”.

Qeyd edək ki, Trans-Anadolu Qaz Boru Kəməri — (Trans-Anatolian Natural Gas Pipeline, ixtisarla TANAP) təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. 

Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatıb. 

2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. 

İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. 

TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. 

Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. TANAP layihəsinin işə düşməsi Şahdəniz-II layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2017-ci il üçün nəzərdə tutulub.

2019-cu ilin aprel ayında "Cənub Qaz Dəhlii" layihəsinin bir hissəsi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) 1-ci mərhələsi çərçivəsində sınaq qaz tədarükü başlayıb.


Oxunma sayı: 7514

Oxşar yazılar