Ağ Evdən İrandakı etirazlara dəstək

  • 11:04 - 18 Noyabr

ABŞ hökuməti İranda benzin qiymətinin artırılmasına etiraz edən aksiyaçıları dəstəklədiyini bəyan edib.

Avropa.info xəbər verir ki, İrandakı etirazlarla bağlı Ağ Evin yaydığı bəyanatda deyilir:

“ABŞ özlərinə rəhbərlik etməsi lazım olan dinc aksiyalar keçirən İran xalqının yanındadır. Etirazçılara qarşı istifadə edilən ölümcül müdaxilə və rabitə kəsintisini qınayırıq”.

Qeyd edək ki, İran benzinin qiymətinin 300% artırılması nəticəsində cümə günü başlayan etirazlar davam edir. İndiyədək 1000-ə yaxın etirazçı saxlanılıb, ölkə miqyasında internet və mobil xətlər əlçatmaz olub.


Oxunma sayı: 4819

Oxşar yazılar