“Ziyalı Ocağı” İctimai Birliyi layihəyə yekun vurdu

  • 10:32 - 18 Noyabr

“Ziyalı Ocağı” İctimai Birliyi“ İmadəddin Nəsimi-650” ili çərçivəsində 2019-cu ildə həyata keçirdiyi “Nəsimi fəlsəfəsinin beynəlxalq təbliği istiqamətində tədbirlərin təşkili” adlı layihəsinə yekun vurub.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ildə böyük mütəfəkkir şairİmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə müvafiq sərəncam imzaladı. Bu sərəncama əsasən 2019-cu il Azərbaycanda Nəsimi ili olaraq qeyd edildi. Azərbaycan Respublikası “Ziyalı Ocağı” İctimai Birliyi də bu sərəncamdan irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində fəaliyyət planını icra etdi. Təbii ki, bu işdə birliyə dəstəyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası verdi. 

“Ziyalı Ocağı” İctimai Birliyinin sədri İlahə Əliyeva bildirdi ki, “tədbirlərimiz ölkəmizin paytaxtı Bakı şəhəri də daxil olmaqla bərabər, o cümlədən regionlarımızı, həmçinin Türk dünyası ölkələrini əhatə etdi. Türk Dünyası ölkələrindən təşrif gətirmiş qonaqlarımız tədirimizi daha da rəngarəngləndirdi. Reallaşdırdığımız bu tədbirlərdə İrandan, Türkiyədən, Özbəkistandan, Tacikistandan, Rusiyadan və başqa ölkələrdən olan ədəbiyyat, elm və incənət xadimləri iştirak edirdilər. Habelə, ölkə daxilində ziyalı kontingenti bizə qoşularaq, tədbirlərin əhəmiyyətli olduğunu bir daha təsdiqlədi”.

İ.Əliyeva onu da qeyd etdi ki,“İmadəddin Nəsimi kimi söz xiridarının, fikir sahibinin, filosofun bu gün yüksək səviyyədə anılması onun əsl həqiqətdə də əbədiyaşar bir şair olduğunun əyani göstəricisidir. Nəsimi bütün dövrlərin şairidir, zamanının söz sahibi, fikir sahibidir. Bir-birindən dəyərli fikirləri ilə bütün islam aləmində, türk dünyasında özünəməxsus yer qazanmış bu böyük düha eyni zamanda siyasi şəxsiyyəti ilə də tanınılır və seçilir. Bu böyük düha yer üzünün çiçəklənməsi yolununun kamillikdən, bütünlükdən keçdiyinivurğulayırdı. Onun istəkləri insanlığa, cəmiyyətin çiçəklənməsinə xidmət edirdi. O hər tərəfi tutan saxtakarlığa, yalana, hiyləyə qarşı çıxırdı. İnsanları nadanlığa, cahilliyə qarşı mübarizəyə səsləyirdi. Nəsimi özü də bu cahilliyin, savadsızlığın qurbanı oldu”.

“Ziyali Ocağı” İctimai Birliyinin sədr müavini, dosent Ağasəf İmran İmadəddin Nəsimi dühasının yaradıcılığının daha da geniş şəkildə araşdırılmasının və təbliğinin tərəfdarı olduğunu söylədi. O qeyd etdi ki, “Nə qədər ki, əsl tarixi həqiqətlər aşkara çıxarılmayıb, o vaxta qədər Nəsimi haqqında ziddiyyətli fikirlər səsləndiriləcəkdir”.

Tanınmış jurnalist Rəsul Mirhəşmli “İmadəddin Nəsimi yaradıcılığına geniş şəkildə ekskursiya etdi. Bu azman şairin, nəhəng filosofun, tarixi şəxsiyyətin klassik poeziyada özünəməxsus yerinin olduğunu vurğuladı. Nəsimi fikrinin, əqidəsinin bir çox tanınmış dünya klassikləri üçün örnək məktəb olduğunu bildirdi”.

Tədbir digər natiqlərin çıxışlarıyla davam etdirildi.


Oxunma sayı: 10561

Oxşar yazılar