Lənkəran Dövlət Universitetində insan alverinə qarşı maarifləndirmə tədbiri keçirilib – Foto

  • 09:58 - 18 Noyabr

Lənkəran Dövlət Universitetində (LDU) “İnsan alveri: Problemin xüsusiyyətləri və onu doğuran səbəblər” mövzusunda maarifləndirmə tədbiri keçirilib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının “Polisə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları, Lənkəran Dövlət Universitetinin tələbə -müəllim heyəti iştirak edib.Tədbir  insan alveri qurbanlarının faciəsini əks etdirənvideoçarxın nümayişi ilə başlanıb.

“Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev  mövzu ilə bağlı geniş məruzə edib.Bildirib ki,insan alveri insan hüquq və azadlıqlarının ciddi pozulduğu ağır və mütəşəkkil cinayət növüdür , ictimai-mənəvi,mədəni dəyərlərin tənəzzülə uğramasından,gender bərabərsizliyindən,məişət zorakılığından,ailədaxili münaqişələrdən,təhsilə çıxış imkanının mədudluğundan və s.irəli gəlir.Ş.Əliyev qeyd edib ki,insan alveri həm milli, həm də transmilli mütəşəkkil cinayətlər kateqoriyasına aiddir.İnsan alveri nəticəsində qurbanların həyat və sağlamlığına,iradə azadlıqlarına və rifahına ciddi zərər dəyir, qanunun aliliyi və milli təhlükəsizliyi təhlükə altına alınır. Beynəlxalq  təşkilatların hesabatlarına əsasən dünyada  insan alveri ilə bağlı  hər il orta hesabla 13 min fakt üzrə cinayət təqibinin həyata keçirildiyini deyən məruzəçi , ölkəmizdə bu istiqamətdə mübarizənin əsasən 2005-ci ildən start götürdüyünü  , təkcə  cari ilin 6 ayında 150 cinayət faktının aşkar olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbiriştirakçılarına insan alverinə qarşı mübarizə tədbirlərindən bəhs edən maarifləndirici kitab və braşuralar paylanılıb.


Oxunma sayı: 4566

Oxşar yazılar