Lukaşenkodan şok: Kremllə belə ittifaq kimə lazımdır

  • 20:13 - 17 Noyabr

Əgər Rusiya ilə Belarusa enerji tədarükü məsələsində razılaşmaq mümkün deyilsə, o zaman Aleksandr Lukaşenko Vladimir Putinlə Belarus-Rusiya inteqrasiyası barədə yol xəritəsini imzalamayacaq.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Bizim Rusiya ilə mənfi ticarət balansının nə qədər olduğunu bilirsinizmi? 9 milyard dollar. Mən bu pulu haradan götürməliyəm ki, defisiti bağlayım? Başqa bazarlarda qapadırıq. Biz hər il itiririksə, bu nə ittifaqdır? Hər il bizə yeni şərt irəli sürürlər. Biz hər il iqtisadiyyat itiririk, itiririk və itiririk. Bağışlayın, amma bu ittifaq kimə lazımdır?” – deyə o bildirib.


Oxunma sayı: 5358

Oxşar yazılar