ABŞ generalı: İncirlikdəki nüvə İtaliyaya daşınsın

  • 17 Noy - 2019

Türkiyə ilə eyni strateji hədəfi paylaşmırıq, İncirlikdəki nüvə silahlarımız İtaliyaya daşınmalıdır.

Bunu “Blomberq”ə müsahibəsində ABŞ-ın Avropadakı qoşunlarının rəhbərinin keçmiş müavini general Çak Vald deyib.

“Bizim baxışımıza görə, Ərdoğanın rəhbərliyi altında Türkiyə son beş ildə dərdə çevrilib. 2014-cü ildə Ankara Suriya və İraqda İŞİD-ə qarşı İncirlikdən ABŞ-ın hərbi əməliyyat keçirməsinə inadla izn vermədi. Bir il davam edən danışıqlardan sonra türklər könülsüzcə bunu qəbul etdi”, – deyə o bildirib.

O, Türkiyənin son həmlələrinin ABŞ və NATO qüvvələrinin İncirlikdə qalıb-qalmamasıyla bağlı ciddi suallar yaratdığını bildirib.

“Türkiyədə artan antiamerikaçılıq və Ərdoğanın Rusiyaya yaxınlaşma arzusu nəzərə alınarsa, nüvə silahlarının yerini dəyişdirmək məcburiyyətindəyik. Bu silahların yeri Avropa ərazisi olmalıdır. Variant kimi İtaliyadakı Aviano aviabazasını irəli sürə bilərəm. Logistika baxımından bu çətin deyil”.(axar.az)


Oxunma sayı: 529

Oxşar yazılar