“Milan” Türkiyə yığmasının futbolçusu üçün 30 milyon avro ödəmək istəyir

  • 19:33 - 17 Noyabr

Türkiyə millisinin futbolçusu Merih Demiral klubunu dəyişə bilər.

İtaliyanın “Milan” klubu “Yuventus”un 21 yaşlı futbolçusunu transfer etmək istəyir.

Bu keçidi yayda reallaşdıra bilməyən Milanın eyniadlı təmsilçisi yanvarda yenidən Turin klubuna rəsmi təklif göndərəcək. Yaxşı günlərini yaşamayan komanda heyətini M.Demiralla gücləndirmək üçün “Yuventus”a 30 milyon avro verməyə hazırdır.

 

 

 

Lakin belə böyük məbləğin ödənməsi üçün “Milan” iki oyunçusunun satışını gerçəkləşdirməlidir. Əgər yarımmüdafiəçi Frank Kessie və müdafiəçi Rikardo Rodrigesin transferi mümkün olsa, türkiyəli üçün 30 milyon avro ödəniləcək.

Qeyd edək ki, “Yuventus” M.Demiralın əvəzinə digər müdafiəçi Daniele Ruqanini vermək istəsə də, milanlılar bununla razılaşmayıblar.(apasport.az)


Oxunma sayı: 13080

Oxşar yazılar