Bakıda ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var

  • 16:15 - 17 Noyabr

Bakıda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

Bu barədə Avropa.info Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Qəza zamanı 2 nəfər hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan digər 2 nəfər - 45 yaşlı qadın və 6 yaşlı uşaq kritik vəziyyətdə 3 saylı Kliniki Şəhər Xəstəxanasına aparılıb.


Oxunma sayı: 3213

Oxşar yazılar