Banqladeşdə yaşayış binasında partlayış olub, ölənlər və xəsarət alanlar var

  • 13:58 - 17 Noyabr

Banqladeşdə beşmərtəbli yaşayış binasının qaz kəməri partlayıb.

Məlumata görə, hadisə Çittaqqonq şəhərində baş verib. Partlayış zamanı azı 7 nəfər həlak olub, daha 8 nəfər xəsarət alıb. 

Qeyd edilir ki, partlayış səbəbindən binanın divarları dağılıb.

Polis nümayəndəsinin sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə xilasedicilər cəlb edilib.  

report


Oxunma sayı: 4511

Oxşar yazılar