“İnter” klubunun baş məşqçisi hədələnir

  • 13:19 - 17 Noyabr

İtaliyanın “İnter” klubunun baş məşqçisi Antonio Konte həyati təhlükə ilə üzləşib.

Ünvanına içərisində giliz olan məktub gələn Konte bu barədə polisə bildirib. İtaliyada bu üsul siyasətçiləri qorxutmaq üçün istifadə olunan populyar vasitədir.

Hazırda Milan polisi 50 yaşlı futbol mütəxəssisinin evinin və klubun məşq meydançasının ətrafında təhlükəsizliyi qorumaq üçün qüvvələr yerləşdirib. Ehtimal olunur ki, təhdid məktubunun müəllifi məşqçinin “İnter”ə təyinatından qəzəblənən radikal “Yuventus” azarkeşləridir.


Oxunma sayı: 12904

Oxşar yazılar