Azərbaycan yığması Uelsə məğlub olub - Yenilənib

  • 22:58 - 16 Noyabr

Azərbaycan millisi “AVRO-2020”-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

 Nikola Yurçeviçin baş məşqçi olduğu komanda Uels yığmasını qəbul edib.

“Bakcell Arena”da keçirilən qarşılaşma Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Görüşdə ilk qol 10-cu dəqiqəyə təsadüf edib. Küncdən zərbədən sonra Kiffer Mur hesabı açıb.

Qonaq komanda ikinci qolu 34-cü dəqiqədə vurub. Harri Uilson topu boş qapıdan keçirib.

Bu nəticədən sonra Uels millisi 11-ci xalını qazanıb və hələlik üçüncü pilləyə yüksəlib.

Azərbaycan yığması isə 7 oyundan sonra bir xalla sonuncu - beşinci pillədə qərarlaşıb. “E” qrupunun digər matçında Xorvatiya Slovakiyanı qəbul edəcək.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdəki son oyununu noyabrın 19-da Trnavada Slovakiyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

***

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Uels matçında ilk hissə başa çatıb.

"Bakcell Arena"da keçirilən oyunda qonaq komanda 2:0 hesabı ilə öndədir.

***

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərvicəsində Uels ilə görüşdə hesabda geri düşüb. 

Bakıda keçirilən matçın 10-cu dəqiqəsində qonaqların heyətində Kieffer Mur fərqlənib - 0:1. 

****

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Uels milli komandaları arasında oyun başladı. 

Oyunun ilk dəqiqələri gedir. Hesab açılmayıb. 

*   *   *21:02 

Azərbaycan və Uels milli komandalarının AVRO-2020-nin seçmə oyunu üçün start heyətləri açıqlanıb. 

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar. 

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k). 3. Şəhriyar Rəhimov. 4. Bəhlul Mustafazadə 6. Bədavi Hüseynov. 7. Araz Abdullayev. 11. Ramil Şeydayev. 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk. 20. Riçard Almeyda, 21. Pavel Paşayev 

Uels: 1. Ueyn Hennessi, 4. Ben Deyvis, 5. Kris Mefam. 7. Harri Uilson, 11. Qaret Beyl (k), 13. Kiffer Mur, 14. Tayler Roberts, 15. Etan Ampadu, 16. Tom Lokyer, 18. Co Morrell. 20. Daniel Ceyms 

Bir daha qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq. 

*   *   *11:01 

Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində 7-ci oyununda Uels yığmasını qəbul edəcək. 
 

E qrupunda yer alan bu kollektivlər indiyədək hərəyə 6 oyun keçiriblər. Hazırda Uels 8 xalla 4-cü pillədə qərarlaşıb. Azərbaycan isə 1 xalla sonuncu pillədədir və final mərhələsinə yüksəlmə şansını itirib. 

Onu da qeyd edək ki, bu, iki komanda arasında 8-ci qarşılaşma olacaq. Əvvəlki görüşlərin yalnız 1-də - 2004-cü il sentyabrın 4-də Azərbaycan millisi Bakıda Uelslə heç-heçə edə bilib - 1:1. Qalan 7 oyunun hamısında britaniyalılar qələbə qazanıb. 

"Bakcell Arena"da keçiriləcək matç saat 21:00-da start götürəcək.


Oxunma sayı: 11859

Oxşar yazılar