Əfqanıstanda İŞİD-in 615 üzvü təslim olub

  • 20:41 - 16 Noyabr

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasının 615 üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

Bu barədə məlumatı Əfqanıstanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Nanqarhar əyalətinin Açin rayonunda İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı 615 nəfər təslim olub və onların arasında uşaq və qadınlar, həmçinin xarici ölkə vətəndaşaları var.

Antiterror əməliyyatı davam edir.


Oxunma sayı: 4269

Oxşar yazılar