Suriyada avtovağzalda partlayış olub, 11 nəfər ölüb, 15 nəfər yaralanıb

  • 20:22 - 16 Noyabr

Suriyanın Əl-Bab şəhərində avtovağzalda bomba yüklənmiş avtomobilin partladılması nəticəsində 11 mülki şəxs ölüb, 15-dən çox dinc sakin yaralanıb.

Məlumatı DHA yayıb.

Bildirilib ki, partlayış nəticəsində çoxlu sayda maşına ziyan dəyib.

Qeyd edək ki, Türkiyə Silahlı Qvvələri və Suriya Azadlıq Ordusu “Zeytun budağı” antiterror əməliyyatı ilə Əl-Babı terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləyib.

Partlayışı terrorçu PKK/YPG-PYD qruplaşmasının törətdiyi ehtimal edilir.(report)


Oxunma sayı: 4654

Oxşar yazılar