İraq İranla sərhədi bağlayıb

  • 20:04 - 16 Noyabr

İraq İranla sərhəddə yerləşən “Şalamçə” Nəzarət-Buraxılış Məntəqəsinin fəaliyyətini müvəqqəti olaraq bağlayıb.

Bu barədə İraqın təhlükəsizlik xidməti məlumat yayıb.

Bildirilib ki, Tehran hər iki ölkədəki etiraz aksiyalarına görə İraq hakimiyyətindən sərhədi bağlamasını istəyib.

Qeyd edək ki, noyabrın 15-də İranda yanacağın qiyməti bahalaşıb. Buna etiraz olaraq ölkənin bir neçə şəhərində etiraz aksiyaları keçirilib.(report)


Oxunma sayı: 4775

Oxşar yazılar