Gürcüstan parlamentinin komitə sədri deputat mandatından imtina edib

  • 19:12 - 16 Noyabr

Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava deputat mandatından imtina edib.

Bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

S.Katsarava qəbul etdiyi qərarın onun üçün çətin olduğunu qeyd edib: “Fikrimcə, parlament mandatından imtina etmək yeganə düzgün qərardır. Komanda üzrə keçmiş yoldaşlarımın hər birinə təşəkkür edirəm və böyük uğurlar arzu edirəm”. 

Qeyd edək ki, noyabrın 14-də Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinin qəbul olunmamasından sonra S.Katsarava və bir neçə deputat hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğunu tərk edib.(report)


Oxunma sayı: 3851

Oxşar yazılar