Parisdə 20-dən çox metro stansiyası bağlandı - Sarı jiletlilərə görə

  • 16:35 - 16 Noyabr

Bu gün səhər saatlarından Parisdə 20-dən çox metro stansiyası və elektrik qatarları “Sarı jiletlilər”in tərəfdarlarının planlaşdırdığı aksiya ilə əlaqədar bağlanıb.

Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti Paris şəhər ictimai nəqliyyat şirkətinə (RATP) istinadən məlumat yayıb.

"16 noyabr şənbə günü polis prefekturasının göstərişi ilə səhər saat 07:00-dan etibarən bəzi metro stansiyaları, keçid məntəqələri ictimaiyyət üçün bağlanıb", - deyə RATP-in açıqlamasında bildirilib.

Xüsusilə, şəhərin əsas prospektindəki stansiyalar, o cümlədən Yelisey ərazisi, Eyfel qülləsi, “Place de la Concorde”, parlament istiqamətinə doğu stansiyalar bağlanıb. Həmçinin, bu, 50-dən çox marşrut üzrə işləyən avtobusların da hərəkət sxeminə təsir göstərib.

Bildirilib ki, “sarı jiletlilər”in etiraz aksiyasının birinci ildönümü ilə əlaqədar Fransanın bir sıra şəhərlərində noyabrın 16-sı və 17-də etiraz aksiyaları keçiriləcək.

Xatırladaq ki, 2018-ci il noyabrın 17-də Fransada avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etiraz aksiyasının iştirakçıları sarı jilet geydiklərindən onlara “sarı jiletlilər” hərəkatı adı verilib.

Onu da qeyd edək ki, ənənəvi şənbə mitinqləri tez-tez etirazçılar və polis arasında iğtişaşlar və toqquşmalarla müşayiət olunur.


Oxunma sayı: 9857

Oxşar yazılar