Gəncədə keçmiş məhkum atasını qətlə yetirib

  • 14:50 - 16 Noyabr

Gəncə şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Y.Dadaşov noyabrın 15-də evində baş verən münaqişə zəminində atası Mübarizə bıçaqla çoxlu sayda xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya bildiriblər ki, xəstəxanaya yerləşdirilmiş yaralı orada ölüb.
Qəsdən adam öldürməkdə şübhəli bilinən Y.Dadaşov polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onun sərxoş olması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, təhqiqat aparılır.


Oxunma sayı: 6513

Oxşar yazılar