Serbiya Prezidenti xəstəxanaya yerləşdirilib

  • 14:32 - 16 Noyabr

Serbiya Prezidenti Aleksandar Vuçiç ürəyində yaranmış problemlər səbəbindən xəstəxanaya yerləşdirilib.
Bu barədə Serbiya Prezidentinin mətbuat xidməti məlumat yayıb. “Prezident Aleksandar Vuçiç noyabrın 15-də axşam saatlarında kardiovaskulyar problemlər səbəbindən Belqraddakı Hərbi Tibb Akademiyasına yerləşdirilib”, - deyə məlumatda bildirilir.
Hələlik 49 yaşlı serb liderinin səhhəti barədə məlumat verilmir. Serbiyanın Müdafiə naziri Aleksandar Vulinin sözlərinə görə, Vuçiç ölkənin rifahı üçün çox çalışır, səhhətini qorumur və həkimlərin məsləhətlərinə əhəmiyyət vermirdi.


Oxunma sayı: 11727

Oxşar yazılar