Sabahın hava proqnozu açıqlanıb

  • 14:15 - 16 Noyabr

Noyabrın 17-nə gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan Avropa.info-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti təşkil edəcək. 


Oxunma sayı: 3708

Oxşar yazılar