Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

  • 13:27 - 16 Noyabr

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 12 cinayətin üstü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.


Oxunma sayı: 3499

Oxşar yazılar