İranda benzinin qiyməti iki dəfə qalxdı - Axşam səngiyən etirazlar yenidən başladı

  • 13:12 - 16 Noyabr

İran hökuməti benzinin qiymətinin iki dəfə qaldırılması qərarından sonra ölkənin bir neçə şəhərin etiraz aksiyaları başlayıb.

Avropa.info xəbər verir ki, İRNA agentliyinin məlumatına görə, cümə günü başlayan etirazlar İranın ən azı 10 şəhərini əhatə edib. Ən gərgin vəziyyət isə sakinlərin neft bazasına hücum etmək cəhdinin polis tərəfindən alındığı Sircan şəhərində qeydə alınıb.

Etirazlar axşam səngisə də, səhər tezdən yenidən alovlanıb. Xəsarət alanlar haqda hələ məlumat yoxdur. İran hökumətinin qərarına görə, benizinin qiyməti 15 min rialdan (56 qəpik) 30 min rialadək qalxıb. Hər şəxsə güzəştlə verilən benzinin də qiyməti eni şəkildə artıb. 

Yeni qaydalar əsasın avtomobil sahibləri ayda 60 litr, motosikletçilər 25 litr benzin ala biləcəklər. Taksi sürücüləri üçün isə 400 litr kvota müəyyən edilib.


Oxunma sayı: 7624

Oxşar yazılar