Atəşkəsə baxmayaraq İsrail Qəzza zolağını vurdu

  • 11:52 - 16 Noyabr

14 noyabrda əldə olunmuş atəşkəsə baxmayaraq, İsrail aviasiyası Qəzza zolağında Həmas hərəkatının obyektlərinə zərbələr endirib.

Avropa.info xəbər verir ki, İsrail ordusunun "Twitter" səhifəsində yayılan məlumata görə, zərbələr İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq Həmasın hərbi qolunun hərbi obyektləri və yeraltı infrastrukturuna endirilib. 

İsrailin KAN telekanalının məlumatına görə, İsrail Fələstin anklavında 3 obyektə zərbə endirib. Qəzzadakı Fələstin qrupları hücumu şərh etməyiblər.


Oxunma sayı: 4126

Oxşar yazılar