"Bu ABŞ tarixindəki ən böyük rəzalətdir" - Donald Tramp

  • 11:06 - 16 Noyabr

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında Ukraynaya edilən yardımların kəsilməsinin 25 iyulda prezident Vladimir Zelenski və Ukrayna XİN ilə keçirdiyi telefon danışıqları ilə əlaqəsinin olmadığını deyib. 

Avropa.info xəbər verir ki, ölkə mətbuatının bununla bağlı xəbər vermədiyini deyən Tramp "Mətbuatımız inanılmaz dərəcədə səmimiyyətsizdir. Daha səmimi və inanılan mətbuat olsaydı, ölkəmizə daha yaxşı xidmət edə bilərdik" deyib.

Türkiyə prezidenti Ərdoğanın səfəri ilə bağlı impiçment dinləmə prosesini izləyə bilmədəyini qeyd edən Tramp "Bu səhər keçirilən prosesin bir hissəsini izlədim. Bunun bir rəzalət olduğu fikrindəyəm. İnsanlara seçdiyi xeyli sayda respublikaçı deputatımız var, amma onların danışmasına icazə verilmir. Bu istintaq rəzalət və ölkəmiz üçün utancvericidir" deyib.

Tramp impiçment haqda "Bu hüquqi deyil, siyasi prosesdir. ABŞ tarixindəki ən böyük rəzalətdir" deyib.


Oxunma sayı: 4247

Oxşar yazılar