Bakıda ağır yol qəzası: qadın hadisə yerində öldü

  • 10:33 - 16 Noyabr

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda “Mitsubishi” markalı minik avtomobili yol kənarındakı beton plitəyə çırpılıb.

Avropa.info FHN-nin saytına istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1968-ci il təvəllüdlü Dadaşova Tacirə Fəxrəddin qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Oxunma sayı: 3488

Oxşar yazılar