Bağdadinin qohumları barəsində qərar verildi

  • 16 Noy - 2019

Kırşehir başda olmaqla Türkiyənin 4 vilayətində keçirilən əməliyyat nəticəsində İŞİD lideri Əbubəkr əl-Bağdadinin yaxın qohumu olan 25 şübhəli şəxsdən 4-ü barəsində həbs-qətimkan tədbiri seçilib.

Avropa.info xəbər verir ki, Türkiyə Baş Prokurorluğunun yaydığı bəyanata görə, İŞİD terror təşkilatı ilə bağlı aparılan istintaq işi çərçivəsində Bağdadinin yaxın qohumlarından Kırşehirdə 11, Samsunda 5, Ordda 3 və Şanlıurfada 6 şübhəli saxlanılıb. 4 şübhəli "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə həbs olunub.

Cinayətə sövq edilən 2 uşaq ilə 19 şübhəli reabilitasiya mərkəzinə göndərilib.


Oxunma sayı: 507

Oxşar yazılar