Vilayət Eyvazov Cinayət-Axtarış İdarəsinə yeni rəis təyin etdi

  • 10:09 - 16 Noyabr

Daxili işlər orqanlarında kadr dəyişikliyi baş tutub.

Avropa.info oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Tərxan Əhmədov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinə yeni rəis təyin olunub. O, bundan əvvəl Səbail rayonu 39-cu Polis Bölməsinin rəisi işləyib.

Məlumat DİN-in mətbuat xidmətindən saytımıza təsdiq edilib. 

Qeyd edək ki, BŞBPİ-nin İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev dünən İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.


Oxunma sayı: 7690

Oxşar yazılar