.jpg)
Gəncədə oğul atasını qətlə yetirib
- 16 Noy - 2019
Gəncə şəhərində oğul atasını qətlə yetirib.
Hadisə Kəpəz rayonunda qeydə alınıb.
Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü DadaşovYüsif Mübariz oğlu sərxoş vəziyyətdə atası, 1967-ci il təvəllüdlü Mübariz Dadaşovu bıçaqlayıb. Ağır xəsarət alan M.Dadaşov ölüb.
Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.(report)