Göyçayda qəza olub, 3 nəfər xəsarət alıb

  • 15 Noy - 2019

Göyçayda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.  

Qəza bu gün Göyçay-Bərgüşad yolunun 1-ci kilometrliyində qeydə alınıb.  

“Qazel” markalı yük avtomobili ilə “VAZ-21015” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb.

 

 

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(apa)


Oxunma sayı: 485

Oxşar yazılar