Məşhur idmançı Bakıya gəldi – Foto

  • 17:44 - 15 Noyabr

Azərbaycan Baziliya Ciu-Citsu Klubu İctimai Birliyinin dəvəti ilə Braziliyanın Rio-Dajaneiro şəhərindən ölkəmizə  gələn "Soul Fighters Association" asossasiyasının nümayəndəsi Braziliya Ciu-Citsu döyüş sənəti üzrə 5-ci dərəcə qara kəmər ustası Eduardo Sardella artıq Bakıdadır. 

Avropa.info xəbər verir ki, Azərbaycan Ciu-Citsu Klubu İctimai Birliyinin dəvəti ilə Bakı şəhərinə gələn qonaq burada azərbaycanlı müəllim və idman ustalarına bir sıra seminarlar keçmişdir. 

Seminarlarda Azərbaycanda Braziliya Ciu-Citsu idman növünün banisi sayılan Azərbaycan Baziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Braziliya Ciu-Citsu döyüş sənəti üzrə qara kəmər ustası Taleh Həsənov da Eduardo Sardellaya asistentlik edib. 

Şəhərimizdə 12 gün qonaq olan tanınmış idmançı Azərbaycan Baziliya Ciu-Citsu Klubu İctimai Birliyinin Səbail, Xətai, Yasamal və digər filiallarında məşq keçən müəllim heyəti ilə də görüşmüş və onlara bu idman növünün incəliklərindən bəhs edib. 

Bundan başqa, Eduardo Sardella Azərbaycan Baziliya Ciu-Citsu Klubu İctimai Birliyinin idarə heyətinin üzvləri ilə də görüşüb. Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin qurucusu və idarə heyətinin sədri Taleh Həsənov da görüş zamanı idmançılara ölkəmizdə idmana ayrılan diqqət və qayğıdan danışmış, onlara dəyərli məsləhətlər verib. 

Görüşdə iştirak edən Azərbaycan Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov Braziliya Ciu-Citsu döyüş sənəti üzrə dünyada tanınmış ustaların ölkəmizə gətirilməsinin artıq bir adət halını aldığını deyib. Onun sözlərinə görə, yerli idmançıların dünya şöhrətli tanınmış idmançılarla görüşü və təcrübə mübadiləsi ölkəmizdə bu ödman növünün geniş yayılmasına da təkan verəcək: 

"Bu cür idman ulduzlarının ölkəmizə dəvət olunması və onların ölkəmizdəki idmançılara seminarlar keçməsi gələcəkdə ölkəmizdə bu idman növünün yayılmasına müsbət təkan verəcək. Bu hal artıq demək olar ki, bizim üçün ənənə halını almışdır. Biz artıq neçənci dəfədir bu sahədə məşhur idmançıların ölkəmizə gətirilməsinə nail oluruq. Ümid edirəm ki, bundan sonra da biz bu ənənəmizə sadiq qalacaq və tanınmış Braziliya Ciu-Citsu ustalarının ölkəmizə gətirilməsinə nail olacağıq. Çünki bu, həm ölkəmizdə bu idman növünün tanınması və yayılmasında öz müsbət təsirini göstərəcək, həm də öz növbəsində Azərbaycanı dünyaya tanıdacaq".

 

 

 

 

 

 

 

 

 

 


Oxunma sayı: 21594

Oxşar yazılar