Quaydo tərəfdarlarını yenidən küçəyə çıxmağa çağırdı

  • 17:24 - 15 Noyabr

Venesuelada özünü müvəqqəti prezident elan edən müxalif parlament sədri Xuan Quaydo tərəfdarlarını küçəyə çıxaraq, etiraz aksiyaları keçirməyə çağırıb.

Avropa.info xəbər verir ki, yerli mətbuatda gedən xəbərlərə görə, Quaydo sabahdan etibarən Nikolas Maduro hökumətinə qarşı etiraz etməyə səsləyib. 

“Hər kəs sanki hər şey normal imiş kimi davranmağımızı istəyir, amma şənbə günü etirazlar bu təsəvvürü yox edəcək” – o, Maduro hökumətini devirmək üçün küçələrdə qalmağın vacib olduğunu deyib.

Qeyd edək ki, iqtisadi böhran və sanksiyalarla boğuşan Venesuelada bu ilin yanvarında hökumətə qarşı etirazlar başlamış, Quaydo 23 yanvarda özünü prezident elan etmişdi.


Oxunma sayı: 4687

Oxşar yazılar