Nazir bələdiyyə sədrinin xahişini yerinə yetirdi – Foto

  • 17:03 - 15 Noyabr

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin noyabr ayında vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq, bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Lənkəran şəhərində, nazirin birinci müavini Əli Abdullayev Astara rayonunda vətəndaşlarla görüşüb.

Nazirlikdən Avropa.info-ya verilən məlumata görə, nazir Lənkəran və Lerik, nazirin birinci müavini isə Astara sakinlərini qəbul edib.

Vətəndaşlar tərəfindən əsasən nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları və poçt rabitəsi ilə bağlı müraciətlər səsləndirilib.

Vətəndaş müraciətlərinin bir qismi yerindəcə həll olunub, digərləri araşdırılması üçün nəzarətə götürülüb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ həlli ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Qəbulda iştirak edən Lerik rayon Nüvədi Bələdiyyəsinin sədri Vüqar Hüseynov nazir Ramin Quluzadədən Lerik rayonun Vistən kəndində Yeni müasir ATS-in quraşdırılmasını xahiş edib. Nazir yerindəcə aidiyyati qurumlara göstəriş verərək bələdiyyə sədrinin xahişini yerinə yetirib.  

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, onlara həmin müraciətlərin aidiyyəti strukturlara göndəriləcəyi bildirilib.


Oxunma sayı: 7613

Oxşar yazılar