“YPG/PKK qüvvələri Soçi müqaviləsi ərazisindən tam çıxmayıblar” – Bəşər Əsəd

  • 16:17 - 15 Noyabr

Rusiya mətbuatına müsahibə verən Suriya prezidenti Bəşər Əsəd YPG/PKK qüvvələrinin Soçidə əldə olunan müqavilənin nəzərdə tutduğu ərazidən hələ tam çxmadığını, lakin çıxmalarını gözlədiklərini deyib.

Avropa.info xəbər verir ki, Əsəd bu qrupların ərəb və kürdlərdən formalaşdığını, lakin rəhbərliyin kürdlərdən ibarət olduğunu deyib:

“Qüvvələrini oradan çıxarmaqları lazımdır. Belə ki, Suriya böhranı başlayandan bəri Türkiyəyə xəyalını qurduğu planları həyata keçirmək fürsəti verdilər. Çıxarılmanın həyata keçirilməsi statusuna baxarsaq YPG çıxdığını açıqladı. Çıxarılma prosesi bəzi bölgələrdə edilir, lakin tamamilə həyata keçirilməyib. Bunun baş tutması gözlənilir. Bu kimi proseslər o dəqiqə olmur”. 

Əsəd müqavilə tamamilə tətbiq olunduqdan sora Türkiyəyə “İndi qüvvələrinizi geri çəkin” deyəcəklərini bildirib.

Suriyanın şimalında federasiyanın yaradılması məsələsinə toxunan Bəşər Əsəd federasiyadan yalnız ərəblərin danışa biləcəyini, bu bölgələrdə kürdlərin əksəriyyət təşkil etmədiyini deyib:

“Separatçı fikirləri bəzi siyasi radikal qruplarda görürük. Bu fikirlərdən bəziləri kürdlərin idarəetməsində federasiya və muxtariyyət qurulması ilə bağlıdır. Daha əvvəl dediyim kimi, Suriyanın şimal-şərqi ərəb bölgəsidir. Əgər kimsə federasiya qurmaq haqqından danışırsa, bunlar ərəblərdir, belə ki, onlar regionda çoxluq təşkil edirlər, bu açıq-aşkardır”.

Əsəd bu məsələdə Suriyadakı situasiyanın İraqın şimalındakı və Türkiyənin cənub-qərbindəki vəziyyətdən fərqli olduğunu deyib. 


Oxunma sayı: 5666

Oxşar yazılar