Keçmiş məhkum 15 min manatlıq dələduzluq etdi

  • 15:01 - 15 Noyabr

Bakıda keçmiş məhkum 15 000 manatlıq dələduzluq edib.

Bu barədə Avropa.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Q.Umarova cari ilin avqust ayında Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş P.Əliyevin onu aldadaraq 15 000 manatını aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən P.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.


Oxunma sayı: 12948

Oxşar yazılar