İraqda etirazlar yenidən alovlandı – Ölkənin əsas limanına gedən bütün yollar bağlanılıb

  • 14:51 - 15 Noyabr

İraqda iki aydır davam edən etiraz aksiyaları yenidən şiddətlənib.

Avropa.info xəbər verir ki, bu gecə Bəsrənin Üm Qəsr limanına gedən bütün yolları nəqliyyatın üzünə bağlayan onlarla etirazçı yük daşıyan maşınların keçməsinə də icazə verməyib.

İraqın dənizə çıxışı olan tək vilayəti Bəsrədə yerləşən Üm Qəsr limanı ölkə üçün həyati əhəmiyyət daşıyır. Neft ixracı başda olmaqla iraqlıların hər cür ehtiyacının təmini üçün fəaliyyət göstərən vacib gömrük məntəqəsi xüsusiyyətinə malikdir.

1 oktyabrdan bu yana davam edən hökumət əleyhinə etiraz aksiyaları ucbatından liman bir müddət əvvəl də bağlı qalmışdı. Etirazlarda ölən şəxslərin sayı 319 nəfərə, yaralıların sayı isə 15 minə çatıb. Ölkə iqtisadiyyatına dəyən zərər isə 6 milyard dolları keçib.


Oxunma sayı: 4335

Oxşar yazılar