“Koalisiya tərəfdaşlarımızdan özlərini PYD/YPG-dən ayırmalarını gözləyirik" – Çavuşoğlu

  • 13:19 - 15 Noyabr

Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən anti-İŞİD koalisiyası ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edib.

Avropa.info xəbər verir ki, Çavuşoğlu iclasdakı çıxışında YPG/PKK terör teşkilatının Türkiyə və Suriyada son iki ildə 300-dən çox terror aktı təşkil etdiyini, Türkiyə torpaqlarına 1000-dən çox mərmi və raket atdığını, yüzlərlə mülki şəxsin həyatını itirməsinə səbəb olduğunu vurğulayıb. 

“Bunlar koalisiya ölkələrində baş versəydi siz nə edərdiniz?”-deyə XİN rəhbəri bildirib.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu koalisiya ölkələrinə müraciətində, “Koalisiya tərəfdaşlarımızdan özlərini PYD/YPG-dən ayırmalarını gözləyirik. Koalisiya qanuni yerli tərəfdaşlarla əməkdaşlıq etməlidir. PYD/YPG terror təşkilatıdır və ona bu şəkildə davranılmalıdır”, deyib.

Çavuşoğlu qeyd edib ki, YPG/PKK bəşəriyyətə qarşı cinayətlər törədib: "

YPG/PKK kütləvi qətllərə səbəb olub, Tel Abyadda bazarda və bir kənddə terror aktı təşkil edib və bunun nəticəsində 20-dən çox mülki şəxs həyatını itirib. Bununla yanaşı, yerli xalqa təzyiq göstərib, etnik təmizləmə aparıb, demoqrafik dəyişikliklərə səbəb olub, uşaq əsgərlərdən istifadə edib, kəndləri məhv edib, kürd müxalif siyasi partiyalarını bağlayıb, bir çox müxalifləri edam edib və ya həbs edib. Biz koalisiya tərəfdaşlarımızın özlərini PYD/YPG-dən ayırmalarını gözləyirik".

“"Barış pınarı" əməliyyatı sayəsində PYD/YPG-nin terror dövləti qurmaq arzusu iflas edib” -, deyə bildirən M.Çavuşoğlunun sözlərinə görə, sözü gedən əməliyyat ilə Suriyanın ərazi bütövlüyünə və birliyinə töhfə verilib, Türkiyəyə qarşı uzun müddətdir mövcud olan terror təhdidi uzaqlaşdırılıb.


Oxunma sayı: 8042

Oxşar yazılar