Şimali Koreya: "Co Bayden ölənə qədər çomaqla döyülməli quduz itdir”

  • 13:05 - 15 Noyabr

Şimali Koreyanın KCNA dövlət agentliyi ölkə rəhbərliyinə böhtan atan sabiq vitse-prezident Co Bayden haqda “ölənə qədər çomaqla döyülməli quduz itdir” açıqlaması verib.

Avropa.info xəbər verir ki, xəbərdə Baydenin qocalaraq ağlını itirdiyi yazılıb.

“Yonhap” agentliyi xəbər verir ki, Şimali Koreya Cənubi Koreyaya Kumqanq dağında yerləşən istirahət zonasında inşa etdiyi otel və turistik obyektləri sökməsi üçün ultimatum verib.

Şimali Koreya obyektlərin sökülməməsi halında özünün sökəcəyini bildirib. 

Qeyd edək ki, bu Bayden və KXDR arasında ilk münaqişə deyil. May ayında Şimali Koreya Kim Çen Inı tənqid edən Co Baydeni “kəmağıl axmaq” adlandırmışdı.


Oxunma sayı: 8966

Oxşar yazılar