“S-400-lərlə bağlı Türkiyəyə qarşı sanksiyaları keçirmək istəmirik” – Senator Cim Riş

  • 11:58 - 15 Noyabr

Senatın Xarici işlər komitəsinin respublikaçı sədri Cim Riş Konqres üzvlərinin S-400-lər üzündən Türkiyəyə sanksiyaları nəzərdə tutan qanun layihəsini Konqresdən keçirmək istəmədiklərini deyib.

Avropa.info xəbər verir ki, Cim Riş jurnalistlərə açıqlamasında “Böyük ehtimalla qanun layihəsini Senat keçirməmək ən yaxşı qərardır” deyib.

“ABŞ bu münasibətin (Ankara-Vaşinqton) altını qazmaq istəmir, lakin o silah satışı yekunlaşmamalıdır” – o, belə deyib.

Qeyd edək ki, senator Cim Riş Türkiyə prezidenti Ərdoğan və ABŞ prezidenti Donald Trampın Ağ Evdə keçirdiyi görüşdə iştirak edən 5 respublikaçı senatordan biri idi.


Oxunma sayı: 4819

Oxşar yazılar