Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı

  • 10:41 - 15 Noyabr

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.  

Payız sessiyasının növbəti plenar iclası noyabrın 19-da keçiriləcək.  

İclasın gündəliyinə 21 məsələ daxil edilib. Bunlar, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar və s qanunlara dəyişiklik layihələridir. 

APA


Oxunma sayı: 3994

Oxşar yazılar